"Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" tok-şousunda rusiyalı reabilitasiya həkimi Sergey Aqapkin yuxudaxili yuxusuzluqdan danışıb.
Verilişin aparıcısı izah edib ki, yuxudaxili yuxusuzluq insanın rahat yuxuya getməsi, lakin gecənin bir yarısı oyanması və bir neçə saat yuxuya gedə bilməməsidir. Onun sözlərinə görə, bu, ümumiyyətlə yuxuya gedə bilməməkdən daha az rast gəlinir. Üstəlik, müalicə baxımından bu, adətən yuxusuzluğun kifayət qədər mürəkkəb formasıdır.
Çox vaxt gecələr təkrarlanan oyanış epizodları bir insanda depressiyanın inkişafının ilk əlamətləridir.
Nə etməli? İlk növbədə Sergey Aqapkin müxtəlif əlavə amilləri istisna etməyi məsləhət görüb: müəyyən dərmanların təsiri, yuxu gigiyenasının pozulması, istirahət yeri və şərtlərinin normal olmaması və s. “Bəzi hallarda sadə tövsiyələr kifayətdir, digərlərində psixoterapevtin köməyi tələb oluna və bəzən dərmanlar təyin edilə bilər”,-deyə mütəxəssis bildirib.
Nubar Süleymanova, “iki sahil”