"Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində dietoloq Marina Makişa lobyanın faydalarından danışıb. Onun sözlərinə görə, hər paxlanın özünəməxsus faydası var və müxtəlif növ lobyaların qarışığı ümumiyyətlə, sağlamlıq üçün çox faydalıdır.
Ağ lobya
Ağ lobya ən çox B vitamini ilə zəngin fol turşusuna malikdir.Bu əlavə tez-tez hamiləliyi planlaşdıran qadınlara tövsiyə olunur, çünki fol turşusu hüceyrə bölünməsi üçün çox vacibdir. O, həmçinin ürək-damar xəstəlikləri riskini artıran homosistein səviyyəsini azaltmağa kömək edir. Buna görə damar sağlamlığı üçün ağ lobya yemək lazımdır.
Qırmızı lobya
Tərkibində iltihabı aradan qaldırmaq üçün lazım olan bir çox antioksidant var. Artrit üçün lobya iltihabı bir qədər azaltmağa və bununla da ağrıları azaltmağa kömək edən bir məhsul kimi tövsiyə olunur. Qırmızı lobya, həmçinin yüksək miqdarda üzvi kükürd birləşmələrini ehtiva edir. Bildiyiniz kimi, bədənimizin sağlam sümüklər və oynaqlar üçün kükürdə ehtiyacı var.
Qara lobya
Bu lobya həm daxili, həm xarici gəncləşdirir. Özündə yoğun bağırsağın mikroflorası üçün faydalı qida substratı olan çoxlu həll olunan lif ehtiva edir. Tərkibində antioksidant olan və bağırsaq mukozasını müxtəlif mənfi amillərin təsirindən qoruyan, xərçəng riskini azaldan maddələr var. Onlar, həmçinin ultrabənövşəyi şüaların dəriyə zərərini azaldır.
“Ən yaxşısı lobya qarışığı hazırlamaq və maksimum fayda əldə etməkdir”,-deyə Marina Makişa məsləhət görüb. Şişkinliyin qarşısını almaq üçün tərkibində çoxlu efir yağları olan keşniş, zəncəfil, zirə, mixək kimi ədviyyatlar əlavə etmək olar.
“Lobyanı evdə qaynada bilərsiniz, ya da öz şirəsində konservləşdirilmiş lobya ala bilərsiniz, hər biri sağlamlıq üçün təhlükəsiz, həzmi asan və kalorisi azdır”,-deyə dietoloq bildirib.
Nubar Süleymanova, “İki sahil”