Balanslaşdırılmış və yüksək keyfiyyətli təzə qidalar uşaqların inkişafının əsasıdır. Körpələrə 6 ayından sonra əlavə qidalanma kimi tərəvəz püresi və ya sıyıq verilir.
“İki sahil” xəbər verir ki, bu haqda “medaboutme.ru” saytında məqalə yayımlanıb.
Bəs, uşaqlara neçə yaşından sonra pendir vermək olar?
Məqalədə qeyd edilir ki, uşaqlara pendir vermək olar, amma bütün növləri deyil. Məsələn, uşaqlara kəskin, emal edilmiş, hisə verilmiş, ədviyyatlı pendir verməmək daha yaxşıdır. Bütün bunlar allergik reaksiyaya səbəb ola bilər. Yumşaq sərt pendirlərə üstünlük vermək daha yaxşıdır.
Ümumiyyətlə pendirdə zülal, süd yağı, kalsium və B vitaminləri var. Amma pendirdə uşaq üçün çox duz var. Bundan əlavə, pendirin kifayət qədər sərt quruluşu çeynəməyi stimullaşdıran çənə aparatını öyrətməyə imkan verir və ümumiyyətlə pendirli yeməklər uşağın menyusunu şaxələndirməyə kömək edir.
Uşaqlara hansı yaşda pendir vermək olar?
1 yaşından etibarən gündə təxminən 5 q pendir verə bilərsiniz. Bu, nazik bir dilim ola bilər. Kiçik hissə də olsa pendir verilməlidir. Çünki yemək təkcə qida deyil, həm də müəyyən dad həzzləridir. 3 yaşından etibarən pendirin miqdarı artırıla bilər.
Hansı uşaqlara pendir olmaz?
Körpənin süd məhsullarına alergiyası varsa, o zaman pendir qadağandır. Allergiya yoxdursa, ilk dəfə ona kiçik bir parça verin və reaksiyanı müşahidə edin.
Nüsrət Məmmədov, "İki sahil"