06 aprel 2024 00:57
522

Həkim xəbərdarlıq edir

"Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" tok-şousunda doktor Aleksandr Myasnikov ciddi xəstəliklərin inkişafının başlanğıcını qaçırmamaq üçün sağlamlığın hansı göstəricilərini mütəmadi olaraq yoxlamaq və nəzarətdə saxlamaq lazım olduğunu söyləyib.

Aleksandr Leonidoviç diqqət yetirilməli olan parametrləri sadalayıb:

Köhnə xalların ölçü və formasının dəyişməsi, yeni xalların yaranması.

Nəcisin rənginin (qanın), sidiyin şəffaflığının dəyişməsi.

Bel ölçüsü (kişilər 102 sm və ya daha az, qadınlar 80 sm-ə qədər olmalıdır).

Bədən kütləsi indeksi (normal diapazon 18-dən 24-ə qədərdir).

Qanda qlükozanın səviyyəsi (5,7 mmol artıq prediabetdir)

Xolesterol.

Qan təzyiqi və nəbz.

Doyma səviyyəsi (97-dən aşağıdırsa, həkimə müraciət etməlisiniz).

Dırnaq rəngi.

Dişlərdə, diş ətlərində və dildə ərplənmə.

Doktor Myasnikov xəbərdarlıq edərək bildirib ki, orqanizmimizi tanımalı və əsas parametrlərinizi yaxşı bilməlisiniz. İnfarkt və insulta aparan yol bu əlamətlərin meydana çıxmasından illər əvvəl başlayır və ilk “zəngləri” qaçırmamaq vacibdir. “Ən əsas olan isə qan təzyiqi, xolestrol və ümumi bədən indeksini həmişə bilməkdir”, -deyə mütəxəssis fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”