2023-cü ildə Azərbaycanda yerli turistlər 3 milyard 486.1 milyon manat vəsait xərcləyiblər.
Bu barədə “İki sahil” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən il yerli turistlər ən çox vəsaiti Bakı, Quba-Xaçmaz ,Şəki-Zaqatala və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonlarında xərcləyiblər. Belə ki, Bakıda 1 milyard 649.7 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonunda 517.1 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonunda 357.9 milyon manat, Naxçıvanda isə 251 milyon manat vəsait xərcləyiblər.