Xərçəngi əvvəlcədən xəbər verən bilərzik
"Nokia" şirkətinin icraçı direktoru Raciv Suri yeni unikal texnologiya üzərində işlədiklərini bildirib.
Yeni qurğu onkoloji xəstəliyin yaranmasını bir neçə ay əvvəldən xəbər verəcək.
Raciv bu məlumatı Davosda keçirilən Dünya İqtisadi Forumunda verib. Biomarkerlərin köməyi ilə xərçəngi skaner-bilərzik əvvəlcədən xəbər verəcək. Suri "Onkoloji xəstə üçün hər ay və hər gün də çox vacibdir"-deyə əlavə edib.
Surinin sözlərinə əsasən, yaxın dövrlərdə internet və 5G sayəsində kənardan cərrahiyə əməliyyatı mümkün olacaq.
Şirkətin təqdim edəcəyi digər bilərzik isə orqanizmin vəziyyəti haqqında müəyyən məlumatı analiz edəcək: məsələn, xolesterinin, qlükozanın səviyyəsi.