“Lancet” tibb jurnalının cümə günü dərc etdiyi hesabata görə, yoxsul ölkələr daha zəngin ölkələrin qocalmasına uyğunlaşdıqca dünyada yeni prostat xərçəngi hallarının sayı növbəti iyirmi ildə iki dəfədən çox artacaq.
"Bizim tapıntılar göstərir ki, yeni yoluxma hallarının sayı 2040-cı ilə qədər 2,9 milyona yüksələcək", -deyə tibb jurnalı demoqrafik dəyişikliklərlə bağlı araşdırmaya əsaslanaraq açıqlayıb. Xatırladaq ki, 2020-ci ildə bu göstərici 1,4 milyon təşkil edib.
Tədqiqatçılar bildiriblər ki, problemin çoxalması gözlənilən ömür uzunluğunun artması və bütün dünyada yaş piramidasındakı dəyişikliklərlə bağlıdır.
Prostat xərçəngi kişilər arasında ən çox yayılmış xərçəngdir və bu xəstəliyə yoluxma hallarının təxminən 15%-ni təşkil edir. Əsasən 50 yaşından sonra ortaya çıxır və kişilər yaşlandıqca daha tez-tez baş verir.
Mütəxəssislərin fikrincə, inkişaf etməkdə olan ölkələrdə gözlənilən ömür uzunluğu artdıqca, prostat xərçəngi hallarının sayı da artır.
Onlar vurğulayıblar ki, bu növ xərçəngdə ictimai səhiyyə siyasətləri ağciyər xərçəngi və ya ürək xəstəliklərində olduğu kimi dəyişikliyə təsir edə bilməz.
İrsi faktorlar, məsələn, ağciyər xərçənginin səbəbi kimi siqaretdən daha az istifadə etməklə idarə olunur. Tədqiqatçılar çəki ilə əlaqəni araşdırırlar, lakin bunun prostat xərçənginin birbaşa səbəbi olub-olmadığı hələ məlum deyil.
Tədqiqatçılar, həmçinin bildiriblər ki, səhiyyə orqanları inkişaf etməkdə olan ölkələrdə erkən müayinəni təşviq etməlidirlər, çünki xəstəliyə çox vaxt effektiv müalicə etmək üçün çox gec diaqnoz qoyulur.
Nubar Süleymanova, “İki sahil”