Rusiyalı həkim Aleksandr Myasnikov "Rossiya" telekanalında yayımlanan sağlamlıq şousunda səhər yeməyini necə düzgün yemək lazım olduğunu söyləyib.
Proqramın aparıcısının fikrincə, ən vacib qayda heç vaxt səhər yeməyini qaçırmamaqdır. “Hər gün sağlam səhər yeməyi yeyin və enerji artımı hiss edəcək, daha yaxşı düşünəcək və axşama qədər çox yemək istəməyəcəksiniz”,-deyə həkim bildirib.
Həkim iddia edir ki, səhər yeməyi bir çox orqanların sirkadiyalı ritmini işə salır. Hormonal sistemimiz səhər yeməyin mədəyə daxil olmasını gözləyir. Yemək mədəyə düşür və hormonlar işə başlayır. Myasnikov deyir ki, əgər səhər vaxtında yemək yeyilməzsə, bədən enerji depolayır və kökəlməyə başlayırıq.
Səhər yeməyi üçün pəhrizinizdə əsasən zülallar və kompleks karbohidratlar olmalıdır. “Şokoladlı qəhvə və ağ çörək ilə mayonezli sendviç deyil, qaynandılmış yumurta, sıyıq kimi qidalara üstünlük verməlisiniz”,-deyə Aleksandr Myasnikov xəbərdarlıq edib.
Nubar Süleymanova, “İki sahil”