08 aprel 2024 11:25
470

Hamilə qadınlar şokolad yeyə bilərmi? - HƏKİM MƏSLƏHƏTİ

Hamilə qadınlar üçün hazırlanan yaddaş vərəqələrində tez-tez istifadəsi uşaqda allergiyaya səbəb ola biləcək məhsulların siyahısı qeyd edilir. Bu cür tövsiyələr nə dərəcədə doğrudur? Ananın pəhrizi həqiqətən uşaqda allergiyaya səbəb ola bilərmi?

“İki sahil” xəbər verir ki, Seçenov Universitetinin Epidemiologiya və müasir peyvənd texnologiyaları kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kostinov bu məsələ ilə bağlı “aif.ru”ya açıqlama verib.

Onun sözlərinə görə, hamilə qadınları xoşaldıqları sağlam qidaları yemələrinə icazə verilə bilər. Nə sitrus meyvələri, nə dəniz məhsulları, nə də hamiləlik dövründə yeyilən şokolad uşaqda irsi allergiya tarixi yoxdursa, allergiyaya səbəb ola bilməz.

Körpə əslində immunitet sisteminin həssaslığını valideynlərdən (həm anadan, həm də atadan) miras alır. Ancaq valideynin saxladığı pəhrizin bununla heç bir əlaqəsi yoxdur. Ancaq bütün halda körpələrin mümkün qədər uzun müddət ana südü ilə qidalanması vacibdir.

Nüsrət Məmmədov, "İki sahil"