Pop ulduz Selena Qomez Nyu Yorkda özünün kosmetika brendi olan “Rare Beauty”nin yeni pudra ənliklərinin təqdimatını keçirib.
31 yaşlı Selena Qomez ötən həftə sonunu çəhrayı rəngdə keçirib. Belə ki, sənətçi çiçəkli paltar və ona uyğun “yumşaq” çəhrayı tonda paltodan ibarət tam eyni rəngdə geyinərək öz kosmetik brendindən yeni məhsulun təqdimatını qeyd edib. O, qəhvəyi saçlarını yandan ayıraraq toplamayıb. Bununla da öz görünüşünə altmışıncı illərdən ilhamlanmış zəriflik qatıb.
“İki sahil” "hellomagrussia.ru" saytına istinadla xəbər verir ki, “Wizards of Waverly” (Veyverli Pleysin sehrbazları) serialının aktrisası obrazını çəhrayı dikdaban ayaqqabıları və gümüşü zinət əşyaları ilə tamamlayıb.
Kosmetikanın yeni xəttinə altı çalar daxildir.
Tədbir iştirakçıları həmçinin yeni məhsulu sınaya, qiymətləndirmək imkanı əldə ediblər.
Sözügedən kompakt ənliyin qiyməti 26 dollardır və o hazırda yalnız “Sephora” mağazalarında satılır.
Qeyd edək ki, Selena gözəllik brendini 2019-cu ildə qurub. “Bloomberg”in məlumatına görə, şirkət keçən il təkcə ənlik kateqoriyasında təxminən 70 milyon dollar dəyərində məhsul satıb. “Rare Beauty” bazarda sərfəli qiymətlərlə keyfiyyətli məhsullar təklif etməklə məşhurdur. Selena, həmçinin şirkətin satışlarını artırmaq üçün sosial şəbəkəsindəki makiyaj tendensiyalarından uğurla yararlanır.