26 yanvar 2018 14:53
999

Keçən il 155 milyon dollarlıq qeyri-neft məhsulu ixrac olunub

SOCAR ötən il 155 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulu ixrac edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın ötən ilin yekunlarını əks etdirən 2018-ci il yanvar buraxılışında bildirilir.

Hesabat əsasən, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ildə 155 milyon ABŞ dolları həcmində məhsul ixrac edib. Bu göstəricisi ilə idarə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus 10 şirkətin siyahısında ilk sırada yer alıb. Beləliklə də 2017-ci il ərzində Azərbaycanın qeyri-neft ixracının 10 faizdən çoxu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payına düşüb.