Almaniyanın "Bavariya" klubu futbolçusu Kinqsli Komanla yollarını ayıra bilər.
"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi cinah oyunçusunu 70 milyon avroya satmağa hazırdır.
27 yaşlı fransalı vinger də karyerasında yeni çağırış axtarışındadır.
Qeyd edək ki, Kinqsli Koman cari mövsüm 24 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib
AMADA nümayəndələri “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər