24 oktyabr 2026 19:19
124

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına start verilib

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir “Bakı Kristal Zalı”nda təşkil olunub.

Turnirdə mübarizə aparan Azərbaycan yığması ilk oyununu bu gün “Bakı Kristal Zalı”nda Timor-Leste komandasına qarşı keçirəcək.

Qeyd edək ki, 189 ölkənin iştirakı ilə keçirilən və ümumilikdə minə yaxın matçın planlaşdırıldığı turnir dünyanın müxtəlif nöqtələrindən olan gənc futbolçuları bir araya gətirir.