Ananas və qreypfrutun sağlam pəhriz məhsulları olduğuna dair bir fikir var. Onların yağ yandırmaq qabiliyyətini "Rossiya" telekanalında həkim Aleksandr Myasnikov şərh edib.
Ananas və qreypfrut yalnız onları yeyirsinizsə, yağları effektiv şəkildə yandırır. Ancaq bu vəziyyətdə, yağ yandırmaqdansa, kalorilərin məhdudlaşdırılmasından danışmaq daha düzgündür. “Ən vacibi haqqında” verilişinin studiyasında ananas və qreypfrutun pəhriz faydalarını müzakirə edən iştirakçılar belə nəticəyə gəliblər.
"Yağ yandıran məhsul yoxdur”, -deyə Aleksandr Myasnikov hansı meyvələrin yağ yandırıb-yandıra bilməyəcəyi sualına təəccüblənərək cavab verib.
Həkimin sözlərinə görə, istehlakı dərialtı piylərin yanmasına səbəb olan qidalar yoxdur. Onların varlığı bir mifdir.
Nubar Süleymanova, “İki sahil”