09 aprel 2024 23:34
393

“TikTok” yeni sosial şəbəkə yaradır?

"TikTok" yaradıcıları yeni sosial şəbəkənin - "TikTok Notes"un yarandığını elan ediblər.

“İki sahil” xəbər verir ki, proqram "Instagram"la rəqabət aparacaq və istifadəçilərə öz "TikTok" hesablarında fotolar yerləşdirmək və mövcud yazılara baxmaq imkanı qazanacaq.

"TikTok" nümayəndələri yeni xidmətin inkişafını təsdiqləyiblər. Amma onun dəqiq nə vaxt görünəcəyi hələ məlum deyil.

Bu yaxınlarda "TikTok"un adi versiyasının kodunda fotoların dərci üçün sosial şəbəkə olan "TikTok Photos" xidmətinə, həmçinin "P" hərfini əks etdirən loqoya istinadlar aşkar edilib. Şirkət nümayəndələri bu xəbəri şərh etməyiblər. Üstəlik, işçi adı Şəkillər kimi görünən tətbiqin adının Qeydlər olaraq dəyişdirilməsinə qərar verilib.

Xatırladaq ki, "TikTok" Çinin "ByteDance" şirkəti tərəfindən yaradılan qısa videoların dərci üçün sosial şəbəkədir. Tətbiqin bütün dünya üzrə aylıq istifadəçilərinin sayı 1 milyardı ötür.