10 aprel 2024 10:27
544

Sağlam olmaq üçün gündə neçə addım atmalıyıq?

60 yaşdan aşağı olanlara sağlamlığı qorumaq üçün gündə 8-10 min addım atmaq məsləhət görülür.

“İki sahil” xəbər verir ki, bu barədə "NEWS.ru"ya terapevt Olqa Çirkova danışıb.

Üstəlik, sağlamlıq üçün fayda gündə dörd min addımdan başlayır.

Mütəxəssis bildirib ki, belə nəticələr evdə əldə edilə bilər.

60 yaşdan kiçik şəxslərə 8-10 min addım atmaq tövsiyə olunur, 60 yaşdan sonra özlərini normal hiss edənlərə isə 6-8 min addım kifayətdir.