Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
“İki sahil” xəbər verir ki, 28 yaşlı qrossmeyster altıncı turda ağ fiqurlarla Hindistan təmsilçisi Rameşbabu Praqnanandhayla qarşılaşacaq. N.Abasov ilk turda Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. O, üçüncü turda Hikaru Nakamura (ABŞ), dördüncü turda Fransanı təmsil edən Əlireza Firuzca ilə bərabərə qalıb. Beşinci turda isə Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub.
Qeyd edək ki, hazırda aktivində 1,5 xalı olan Nicat 7-8-ci yerləri bölüşür. İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib
AMADA nümayəndələri “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər