25 yanvar 2018 21:08
938

Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilir

Özbəkistanın “Tnews.uz” portalında “Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilir və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yaxşı nəticələr əldə edib” sərlövhəli məqalə yayılıb.

Məqalə Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakından, Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdən bəhs edir.

Yazıda dövlətimizin başçısının Forum çərçivəsində təşkil edilmiş “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasdakı çıxışından fikirlərə geniş yer verilib.