Sumqayıt şəhərində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd kondisioner,1 ədəd xalça və döşəmə 6 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirli məlumat yayıb.
Qeyd edilib ki, yüksək temperaturdan eyvanın plastikdən ibarət qapısı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir - Nazir müavini