Kaspersky-nin Qlobal təhdid tədqiqatı və təhlili qrupunun (GReAT) mütəxəssisləri "Intelbras" markalı IP video müşahidə sistemlərində boşluq aşkar ediblər. Problem heç bir autentifikasiya tələb etməyən və kameraların müvəqqəti söndürülməsinə səbəb olan potensial təhlükəli proqram təminatı yenilənməsi mexanizmindən qaynaqlanır.
Bu boşluq hücumçulara xüsusi sorğu göndərməklə cihazda proqram təminatını yeniləmə prosesini uzaqdan işə salmağa imkan verir. Məhz elə bununla sistemin işi pozulur: kamera yeniləməni quraşdırmaq üçün, heç bir yoxlama aparılmadan, yenidən başlatma rejiminə keçir və müvəqqəti olaraq işini dayandırır. Nəticədə, istifadəçinin xəbəri olmadan obyektin müşahidəsi tamamilə dayanır –istifadəçi artıq baş verənləri görə bilmir və cihazı uzaqdan idarə edə bilmir. Hücumçu tərəfindən göndərilən bu cürsorğu kameranın işini təxminən bir dəqiqəlik dayandırır.Həmin sorğuları təkrar-təkrar göndərməklə təcavüzkarcihazı qeyri-müəyyən müddətə deaktiv edə bilər. Problem aşağıdakı modellərə təsir edir: iM3B-C, iMX C, iM4 C, iM5 SC, iME 360 C və iM7+ FC.
Boşluq aradan qaldırılmazdan əvvəl kameralara qoşulmaq və onları idarə etmək üçün istifadə olunan "Intelbras" tətbiqi əksəriyyəti Braziliyada və Cənubi Amerikanın digər ölkələrində yerləşən istifadəçilər tərəfindən 4 milyon dəfədən çox yüklənib.
Kaspersky bu problem barədə "Intelbras" şirkətini məlumatlandırıb. İstehsalçı dərhal texniki təhlil apardığını və zəruri təhlükəsizlik tədbirlərini həyata keçirdiyini bildirib. Hazırda aşkar edilmiş boşluğu aradan qaldıran yeniləmə istifadəyə verilib. "Intelbras" istifadəçi məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etmək üçün sistemlərinin fasiləsiz monitorinqini və həllərini təkmilləşdirməyə davam edir.
"Şəbəkə müşahidə kameraları həm ev, həm də korporativ mühitlərdə geniş istifadə olunur və bu da onların təhlükəsizliyini fiziki məkanların qorunması üçün həlledici faktora çevirir. ‘Intelbras’ kameralarında aşkar edilmişqüsur göstərir ki, hətta məşhur istehsalçının məhsulları belə istifadəçilər üçün risklər yarada bilər. Analoji hallardatəcavüzkarlar qəsdən müşahidə sistemlərini qeyri-müəyyən müddətə söndürə bilərlər. Həmin cihazların sahiblərinə mövcud proqram təminatı versiyasını yoxlamağı və onu ən son versiyaya yeniləməyi tövsiyə edirik. İstehsalçıya tez reaksiya verdiyinə və boşluğuvaxtında aradan qaldırdığına görə təşəkkür edirik", - deyə Kaspersky GReAT-ın Latın Amerikası və Avropa üzrə rəhbərinin səlahiyyətlərini icra edən Tatyana Şişkova bildirir.
"Videomüşahidə sistemləri həm biznes, həm də özəl mülklər üçün təhlükəsizlik infrastrukturunun vacib bir hissəsidir. Lakin istifadəçilər tez-tez kameraların proqram təminatındakı boşluqların hücumçuların video lentinə daxil olmadan belə onların fəaliyyətini pozmasına giriş nöqtəsi ola biləcəyini gözardı edirlər. Bu hadisə bir daha proqram təminatını yeniləməyin və cihazları müəyyən edilmiş boşluqları dərhal aradan qaldıran istehsalçılardan seçməyin vacibliyini vurğulayır. Bu cür həllərin kibertəhlükəsizliyi birbaşa obyektlərin fiziki təhlükəsizliyinin etibarlılığı ilə bağlıdır", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
Ətraflı hesabatı Securelist.ru saytında oxuya bilərsiniz.
Kaspersky GReAT haqqında
Kaspersky-nin 2008-ci ildə yaradılmış Qlobal təhdid tədqiqatı və təhlili qrupunun (GReAT) missiyası APT hücumlarını, kibercasusluq kampaniyalarını, zərərli proqram təminatlarını, fidyə proqramlarını və dünya üzrəkibercinayətkarlıq tendensiyalarını aşkar etməkdir. Hazırda Kaspersky GReAT komandası Avropa, Rusiya, Cənubi Amerika, Asiya və Yaxın Şərq də daxil olmaqla, dünyanın müxtəlif ərazilərində yerləşən 35-dən çox mütəxəssisdən ibarətdir. Bu istedadlı kibertəhlükəsizlik mütəxəssisləri zərərli proqram təminatının araşdırılmasında və onunla mübarizə aparmaq üçün innovativ metodların hazırlanmasında aparıcı rol oynayırlar. Onların zəngin təcrübəsi, motivasiyası və yenilikçiliyə olan böyük marağı kibertəhdidlərin effektiv aşkarlanması və təhlilinə töhfə verir.
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda kompleks mülki müdafiə təlimi keçirib