14 aprel 2024 00:18
313

"Beşiktaş" baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, “Samsunspor” ilə 1:1-lik heç-heçədən sonra "Beşiktaş" klubunun rəhbərliyi toplantı keçirərək, baş məşqçi ilə müqaviləyə xitam verilməsi qərarına gəlib. Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

Qeyd edək ki, "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.