İsrail hərbçiləri PUA-nın İsrail istiqamətində atılmasına cavab olaraq Livandakı “Hizbullah”ın mövqelərinə zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar Blum və Hanita yaşayış məntəqələri istiqamətində buraxılıb: “Cavab olaraq, İsrail qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrində “Hizbullah”ın hədəflərinə zərbələr endirib”, - məlumatda qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”