14 aprel 2024 03:20
324

ABŞ konqresmenləri İsrailə yardım haqqında qanun layihəsini nəzərdən keçirəcəklər

ABŞ Konqresinin Nümayəndələr Palatası gələn həftə İsrailə yardım və İranın Yaxın Şərqdə gərginləşən münaqişəyə görə məsuliyyət daşımasını nəzərdə tutan qanun layihəsini nəzərdən keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatasında respublikaçı çoxluğun lideri Stiv Skaliz məlumat verib.

O ətraflı məlumatın daha sonra veriləcəyini bildirib. ABŞ konqresmenlərinin İsraili dəstəklədiklərini vurğulayan S.Skaliz əlavə edib ki, yəhudi dövlətinə təxribatsız hücumun nəticələri olmalıdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”