14 aprel 2024 10:08
275

"Beşiktaş" Santuşa nə qədər təzminat ödəyəcək?

"Beşiktaş" ötən gün yollarını ayırdığı Fernandu Santuşa təzminat ödəyəcək.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə xitam verdiyi üçün ona 500 min avro təzminat verəcək.

Bunu klubun vitse-prezidenti Onur Köçmez Türkiyə mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, 69 yaşlı məşqçi "Beşiktaş"da cəmi 3 ay işləyib. Bu ilin yanvarında "qara qartal"a baş məşqçi təyin edilən mütəxəssisin rəhbərliyi altında komanda 7 qələbə qazıb, 4 heç-heçə edib və 5 görüşdə uduzub. "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.