14 aprel 2024 12:00
494

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib.

“İki sahil” xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib.

Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dori özünü kişi kimi identifikasiya etməyə başlayıb və daha sonra adını Corca dəyişib.

Lori əmək qabiliyyətinə sahib olub. O kantri müğənni kimi fəaliyyət göstərib. Corcun isə onurğasında problemləri olub və xüsusi əlil arabasında tibb bacısının köməyi ilə hərəkət edib.

"Ginnesin rekordlar Kitabı"nın məlumatına görə, Lori və Cor ən çox yaşamış siam əkizləridir. Belə ki, əkizlər 62 il 202 gün sağ qalıblar.