14 aprel 2024 14:35
241

İsrail ordusu “Hizbullah”ın Livandakı obyektinə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları “Hizbullah”ın Livandakı hərbi obyektinə zərbələr endirib.

“İki sahil” xəbər verir ki, ​bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib.

Hərbçilər zərbənin hədəfinin “Hizbullah”ın böyük silah istehsal edən obyekti olduğunu bildiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”