Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbə və məzunu SOCAR-ın “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə Proqramı”na seçilib.
“İki sahil” xəbər verir ki, Proqram iştirakçıları ilə keçirilən görüşdə BANM-in rektoru Elmar Qasımov onlara uğurlar arzulayaraq SOCAR rəhbərliyinin yaratdığı bu imkandan faydalanmağı, müəssisələrdə Bakı Ali Neft Məktəbini uğurla təmsil etməyi, aktiv, öyrənməyə meyilli olmağı tövsiyə edib.
Görüşdə çıxış edən SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadıqov bildirib ki, BANM tələbə və məzunlarının proqramda iştirak etməyi və karyeralarına SOCAR-da başlamağı sevindirici haldır.
SOCAR-ın İnsan resursları şöbəsinin müdir müavini Həmid İsrafilov və insan resursları üzrə aparıcı mütəxəssis Aygün Qəniyeva iştirakçıların proqramın üstünlüklərindən yararlanacaqlarına əminliklərini bildiriblər.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir