15 aprel 2024 17:05
621

Təzyiq dərmanı NƏ VAXT QƏBUL EDİLMƏLİDİR?

Dərmanlar, təzyiq 140 ilə 90 mm Hg-dən çox olduqda qəbul edilir. Amma dərmanları nə vaxt qəbul edəcəyinizi bilmək vacibdir. Səhər saat 6 radələrində kortizol səviyyəsi yüksəlməyə başlayır və bununla yanaşı qan təzyiqi də yüksəlir. Və bu, ən təhlükəli vaxtdır, çünki yatdığınız üçün qan təzyiqinizi ölçmürsünüz və bu anda hipertansif böhranı baş verə bilər və ya insult baş verə bilər.

“Aif.ru” xəbər verir ki, bu barədə “Sağlam yaşa!” verilişinin efirində kardioloqlar Yelena Malışeva və German Qandelman məlumat veriblər. Onlar qan təzyiqi üçün dərmanı günün hansı saatında qəbul etməyin yaxşı olduğunu aydınlaşdırmağa çalışıblar.

Təzyiq artımının ikinci zirvəsi 12 saat sonra - axşam saat 6-da baş verir. Ancaq burada insan yatmır, bu o deməkdir ki, reaksiya verə bilər. Səhər təzyiq pikinin qarşısını almaq üçün dərman axşam yatmazdan əvvəl qəbul edilməlidir.  Malışeva əlavə edib ki, axşam saatlarında qan təzyiqi üçün dərmanların təyin edilməsi standart tövsiyədir. Səhər oyandıqdan sonra və ya gün ərzində dərman qəbul etmək doğru deyil.

Ancaq müalicənin daha dəqiq olması üçün təzyiqin gündəlik monitorinqi aparılmalıdır ki, pik zaman müəyyən etmək mümkün olsun. Ancaq bunda sonra digər dərmanların təyin edilməsinə baxmaq olar.

Nüsrət Məmmədov, "İki sahil"