15 aprel 2024 23:10
394

Pizza çatdıran robot

Dünyaca məşhur pizza markası “Domino's” çatdırılma robotunu sınaqdan keçirir. Şirkətin sözlərinə görə, müştərilər robota yaxşı reaksiya verirlər.

Robot Almaniyanın paytaxtı Berlində pilot layihənin bir hissəsidir. Dörd sensor və bir neçə kamera cihaza 360 dərəcə görünüş verir. Robot insanların, uşaq arabalarının və ya itlərin qarşısına çıxanda tanıyır, sürətini azaldır və ya tamamilə dayanır.

Robot qeyri-adi görünüşə malikdir və yoldan keçənlər telefonları ilə şəkil çəkdirmək üçün dayanırlar. İnsanların əksəriyyət gülür və maraqlanır, bəziləri isə qorxur və əsəbi yanaşırlar. Ancaq droiddən qorxmağa ehtiyac yoxdur. Sifarişləri tamamilə avtonom şəkildə çatdıra bilsə də, Berlin şəhəri tərəfindən verilən lisenziya çatdırılma robotlarından istifadə edən şirkətləri bir insanın hər zaman onları uzaqdan idarəetmə vasitəsi ilə idarə edə bilməsini təmin etməyə məcbur edir.

Berlində ofisdə oturan ikinci işçi isə pizza çatdıran robotun hərəkətlərini hər an izləyir və lazım gələrsə müdaxilə etməyə hazır olur.

“Domino's”un bel boyu pizza çatdırma dronu insanların və ya digər maneələrin yolunu kəsəndə onu aşkar etməyə imkan verən dörd sensor və bir neçə kameraya malikdir.

Bir neçə həftə davam edəcək sınaq ilk növbədə məlumat və təcrübə toplamaq məqsədi daşıyır.

Robot proqram təminatı startapı “Teraki” tərəfindən istehsal edilib və texnologiya avtonom avtomobillərdə istifadə edilənin eynisidir.

"Qısa müddətdə bir işçi eyni anda bir çox robotu uzaqdan müşahidə və idarə edə biləcək", -deyə “Teraki” şirkətinin baş icraçı direktoru Daniel Riçart deyib.

Xatırladaq ki, istər pizzalar, istərsə də paketlər üçün çatdırılma robotları və ya dronları olan pilot layihələr illərdir ki, mövcuddur.

Bununla belə, belə texnologiyanın genişmiqyaslı istifadəsi hələ ki, yaxın görünmür.

Nubar Süleymanova, “İki sahil”