Çinin Hunan Elm və Texnologiya Universitetinin alimləri rəqsin arıqlamağa kömək etdiyini təsdiqləyiblər.
“İki sahil” xəbər verir ki, araşdırmanın nəticələri “Plos One” jurnalında dərc olunub.
Ümumilikdə alimlər rəqs təliminin effektivliyinə dair 10 araşdırmanı təhlil ediblər. Onlar müəyyən ediblər ki, arıqlamaq üçün rəqs etmək həm bir qədər artıq çəkisi olan insanlar, həm də piylənmədən əziyyət çəkənlər üçün uyğundur.
Bundan əlavə, alimlərin fikrincə, rəqslə arıqlamaq klassik fitnes dərsləri ilə müqayisədə daha təsirli ola bilər.
Fakt budur ki, rəqs məşqi zamanı insanın diqqəti dərsdən daha çox müsbət emosiyalara keçir ki, bu da ona yorğunluq hissi üzərində cəmləşməməyə və daha uzun müddət məşq etməyə imkan verir.
Tədqiqatçılar onu da təsdiqləyiblər ki, rəqs təkcə arıqlamağa kömək etmir, həm də əzələ tonusunu və balansını yaxşılaşdırır.