16 aprel 2024 16:17
223

Azərbaycanın Dünya Kubokunda iştirak edəcək gimnastları müəyyənləşib

Aprelin 19-21-də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.

“İki sahil” Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda Zöhrə Ağamirova bacarığını göstərməyə çalışacaq.

Bundan əlavə, yarışda Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət milli qrup hərəkətləri proqramı üzrə çıxış edəcək.

Qeyd edək ki, Dünya Kubokunda 42 ölkə idmançılarının mübarizə aparacağı gözlənilir.