16 aprel 2024 17:00
484

Türkiyə iqtisadiyyatı ilə bağlı ŞAD XƏBƏR

Türkiyədə 2024-cü ilin fevral ayında dövriyyə indeksi illik 85,1 faiz artıb.

Türkiyənin Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin fevral ayı üçün dövriyyə indekslərini açıqlayıb. Müvafiq olaraq, 2024-cü ilin fevral ayında sənaye, tikinti, ticarət və xidmət sektorlarında ümumilikdə dövriyyə indeksi illik 85,1 faiz artıb.

Ümumi dövriyyənin təfərrüatlarını təhlil edərkən məlum olub ki, 2024-cü ilin fevral ayında sənaye sektorunun illik dövriyyə indeksi 77,3 faiz, tikintinin dövriyyə indeksi 104,0 faiz, ticarət dövriyyəsi indeksi 83,7 faiz, xidmət dövriyyəsi 103,8 faiz artıb.

Ümumi dövriyyə aylıq olaraq 6,3 faiz artıb

Sənaye, tikinti, ticarət və xidmət sektorlarında dövriyyə indeksi fevral ayında ümumilikdə 6,3 faiz artıb. Dövriyyənin təfərrüatlarına baxdıqda 2024-cü ilin fevral ayında sənaye sektorunun aylıq dövriyyəsi 5,6 faiz, tikinti dövriyyə indeksi 8,0 faiz, ticarət dövriyyəsi 5,7 faiz, xidmət dövriyyəsi 9,6 faiz artıb.

Orxan Vahidoğlu, "İki sahil"