17 aprel 2024 10:57
195

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB/VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumat verilib ki, əlavə məlumat veriləcək.

***

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Bu barədə "İki sahil"ə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında qeydə alınıb.

Tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobil digər "Hyundai" ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb.

Nəticədə 1 nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.