17 aprel 2024 12:10
152

Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

Lissabon şəhərində Azərbaycanın diplomatik ofisi açılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya prezidenti Marselo Rebelo de Sousaya təqdim edərkən danışıb.

O bildirib ki, Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir və tezliklə Lissabon şəhərində Azərbaycanın diplomatik ofisinin açılması nəzərdə tutulur.