17 aprel 2024 14:44
408

Bu antimilli ünsürlər təsdiq edirlər ki, Azərbaycanın milli maraqlarını hər an qurban verməyə hazırdırlar- AÇIQLAMA

Ötən illər ərzində təfəkkürlərində və düşüncələrində heç bir müasirliyə nail ola bilməyən dağıdıcı müxalifət nümayəndələri  heç zaman Azərbaycan siyasi səhnəsində ciddi şəxslər kimi qəbul olunmayıblar. Natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov "İki sahil"ə açıqlamasında bildirdi.

A.Hüseynov qeyd etdi ki, Əli Kərimov hər zaman gəncləri  Vətənə xəyanət ruhunda tərbiyə etmək yolunu tutduğu, ölkənin uğurlarına qara eynəkdən baxdığı  üçün həm partiya, həm də müxalif düşərgənin daxilində qınaqla üz-üzə olub. Hazırkı dövrün reallıqlarına nəzər salsaq bunu bir daha görə bilərik.  Bildiyimiz kimi, 30 illik işğal dövründə Ermənistana dəstək funksiyasını yerinə yetirərək keçmiş münaqişənin   həlli prosesinin uzanmasına, işğalçı ölkədə bu torpaqların onlara məxsusluğu barədə ümid yaradan bəzi dünya gücləri  son vaxtlar ölkəmizə qarşı qərəzli təbliğatlarının əhatə dairəsini gündən-günə genişləndirirlər. Bu gün ABŞ-ın, Fransanın Ermənistana dəstəyindən daha da ruhlanan AXCP sədri Əli Kərimov, qondarma “Milli Şura”nın marionet rəhbəri Cəmil Həsənli kimi milli satqınlar  xarici himayədarlarından aldıqları qrantların qarşılığında onlara dəstəkləri sayəsində ictimai qınaqla üz-üzə qalıblar. Bu ünsürlər Azərbaycanın milli maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ilə  özlərinə qarşı nifrəti birə on qat artırırlar. Bu üzdəniraqlar vaxtilə torpaqlarımızın işgalının səbəbkarları olduqlarını unutmaqla bir daha nə dərəcədə simasız, vicdansız olduqlarını nümayiş etdirirlər. Azərbaycanda hər kəs vaxtilə torpaqlarımızı kimlərin satdıqlarını, İkinci Qarabağ müharibəsində Qarabağı və Şərqi Zəngəzuru kimin azad etdiyini  çox yaxşı bilir. 

A.Hüseynov diqqətə çatdırdı ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı  onlara satan əli kərimovlardan bu gün təbii ki, Vətən, xalq naminə hansısa bir əməli  fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar. Bu gün də Əli Kərimovun başı  xarici ağalarına  dəstək verməyə və onun qarşılığında aldığı qrantlara  qarışıb. 

Deputat əlavə etdi ki, bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir. İşğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı Əli Kərimli kimi, digər radikallar da yaxşı bilirlər ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar digər ölkələrə nümunə göstərilir.
Ölkəmizdə keçirilən biri-birindən əhəmiyyətli tədbirlərdə iştirak edənlərin Azərbaycanın siyasi, iqtisadi qüdrəti, dəstəklənən diplomatik səyləri barədə dedikləri xoş sözləri eşitməyən və yaxud eşitmək istəməyən antimilli xəyanətkarların yeganə məqsədi Azərbaycan haqqında yalanları, böhtanları tirajlamaqla xarici ağalarından daha çox qrant almaqdır. 

Şəmsiyyə Əliqızı, "İki sahil"