17 aprel 2024 16:17
277

Azərbaycan Prezidenti qambiyalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov "X" hesabında yazıb.

N.Səfərov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sise (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunu ona çatdırıb.