31 avqust 2026 12:19
103

Çinin üç böyük aviaşirkəti 1,2 milyard dollar ZƏRƏR EDİB

Çinin üç ən böyük dövlət aviadaşıyıcısı ilin birinci yarısında ümumilikdə 8,2 milyard yuan (1,2 milyard dollar) məbləğində zərər edib.

“İki sahil” "Reuters" agentliyinə istinadla xəbər verir ki, "Air China", "China Eastern Airlines" və "China Southern Airlines" ikinci yarımillikdə vəziyyətin yaxşılaşacağını gözləmir və zərərin artacağını proqnozlaşdırırlar.

Ən böyük zərərlə "China Southern Airlines" üzləşib - 550 milyon dollar, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur. "Air China" 342 milyon dollar, "China Eastern Airlines" isə 327 milyon dollar itirib. Şirkətlər zərərin səbəbi kimi aviasiya yanacağının qiymətinin kəskin artmasını göstərirlər. Hesabat dövründə aviaşirkətlərin yanacaq alışı üzrə xərcləri 35–38% artıb.

"Reuters"in rəyini öyrəndiyi ekspertlər həmfikirdirlər ki, aviaşirkətlər üçün ənənəvi olaraq gəlirli hesab edilən üçüncü rüb vəziyyəti çətin ki, düzəldə bilsin. Bu il aviabilet qiymətlərinin yüksək olması və hava şəraitinin pisləşməsi (o cümlədən 21 tayfun) daxili aviadaşımalara mənfi təsir göstərərək reyslərin azalmasına səbəb olub.

"Reuters" qeyd edir ki, birinci yarımillik Çinin dövlət aviadaşıyıcıları üçün ardıcıl olaraq yeddinci il zərərlə yekunlaşır. İlk zərər 2020-ci ildə COVID-19 pandemiyası başlayanda qeydə alınmışdı və bundan sonra şirkətlər mənfəətə qayıda bilməyiblər. Çinin top-3 dövlət aviaşirkətinin ən böyük zərəri isə yanacaq qiymətlərinin kəskin yüksəlməsi fonunda 2022-ci ildə baş vermişdi.