17 aprel 2024 16:26
185

Belqorod üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib

Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

“İki sahil”  xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinə istinadla RT məlumat yayıb.

Bildirilir ki, hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Qeyd olunur ki, Moskva vaxtı ilə saat 14:30 radələrində Kiyevin Rusiya ərazisindəki obyektlərdə təyyarə tipli dronlardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.