1912-ci ildə Roy Klivlend Sallivan ABŞ-ın Virciniya ştatında anadan olub. O, rekord sayda ildırım vuran şəxs kimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə layiq görülüb. “Faktrum”a istinadən "ildırım adam" haqqında yeddi heyrətamiz faktı sizə təqdim edirik:
1. Roy Sullivan 1936-cı ildən Virciniyadakı Şenandoa Milli Parkında oyun nəzarətçisi kimi çalışmış güclü bir adam idi. İlk dəfə 1942-ci ilin aprelində taxta yanğın qülləsində tufandan gizlənərkən onu ildırım vurdu. Qüllə yeni tikilmişdi və buna görə də hələ onun üzərində heç bir ildırım çubuğu yox idi. Nəticədə qülləyə ildırım düşür və qüllə alovlanır. Roy sağ ayağına ildırım düşəndə oradan tullanıb cəmi bir neçə santimetr qaça bilir. Onun ayağı yanır? ayaqqabısının altı deşik-deşik olur.
2. Növbəti dəfə onu ildırım 1969-cu ilin iyulunda dağ yolu ilə yük maşını sürərkən vurur. Birinci ildırım əvvəlcə yola ən yaxın olan ağaclara, daha sonra yük maşınının açıq pəncərəsinə dəyir. Zərbədən Sallivan huşunu itirir və ildırım onun qaşlarını, kirpiklərini və saçlarının çoxunu yandırır. Bu vaxt yük maşını uçurumun kənarında dayanana qədər hərəkətini davam etdirir.
3. Bundan bir il sonra Roy evinin həyətində olarkən onu yenidən ildırım vurub. Əvvəlcə ildırım evin yaxınlığındakı elektrik transformatorunu vurub, sonra isə kişinin sol çiyninə dəyib. O, çoxlu yanıq xəsarəti almışdı.
4. 1972-ci ildə Sallivanı milli parkda işləyərkən ildırım onu vurub. Bu hadisə zamanı saçları alovlanıb və o, pencəyi ilə başını örtərək alovu söndürməyə çalışıb. Sonra tualetə qaçıb, orada başını su kranının altına salmaq istəsə də, bacarmayıb. O, nəm dəsmal ilə yanğını söndürüb. Bu hadisədən sonra kişi özü ilə davamlı olaraq su qabı gəzdirməyə başlayıb.
5. Dördüncü ildırım vurması Royun hansısa qüvvənin onu məhv etməyə çalışdığına inanmağa başlamasına səbəb oldu. Buna görə də növbəti bir neçə ay ərzində hər dəfə tufan zamanı yük maşını sürəndə Roy tufandan xilas olmaq üçün yoldan çıxaraq ön oturacaqlarda uzanırdı.
6. 1973-cü il avqustun 7-də milli parkın ərazisində patrul xidməti apararkən Sallivan onun üstündə göy gurultulu bulud görür və qaçmaq istəyir. O, maşından düşə biləcəyinə qərar verəndə ildırım onu vurdu: saçını yandırdı, bədəninin sol hissəsindən keçdi və ayaqqabılarını deşdi. Bundan sonra Roy sürünərək yük maşınına yaxınlaşaraq özü ilə apardığı konteynerdən üzərinə güclə su tökə bildi.
7. Sallivanı yenidən 5 iyun 1976-cı ildə və 25 iyun 1977-ci ildə ildırım vurdu. Son hadisə kişi balıq tutarkən baş verdi. İldırım onun başının yuxarı hissəsini vurdu, saçlarını, sinəsini və mədəsinin üzərini yandırdı.
Roy Sallivanın yaşadığı yeddi ildırım vurmasının hamısı Şenandoa Milli Parkının mühafizəçisi R. Taylor Hoskins tərəfindən sənədləşdirilib və həmin adamın yanıqlarını müayinə edən həkimlər tərəfindən də təsdiqlənib. Bununla belə, rekordçu iddia etdi ki, ilk dəfə ildırım onu 1942-ci ildən çox əvvəl vurub. Bu, o, uşaq ikən atasına çöldə kömək edəndə baş verib.
Roy Sallivan 71 yaşında (28 sentyabr 1983) qarın nahiyəsindən aldığı güllə yarasından öldü.O, özünə sui-qəsd etmişdi. Bəzi məlumatlara görə, bunu qarşılıqsız sevgi üzündən edib.
Nubar Süleymanova, “İki sahil”