"Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" proqramında mütəxəssislər darçın kimi ümumi və sevimli bir ədviyyatın gözəl xüsusiyyətlərini sadalayıblar.
Darçın dəfnə fəsiləsinin həmişəyaşıl ağacı və bitkinin qabığından alınan eyniadlı ədviyyatdır. Yeməkdə ədviyyat toz şəklində və ya qabıq parçaları şəklində istifadə olunur. Darçının aromatik, acı-şirinli dadı var. Xüsusilə tez-tez bişmiş məhsullara darçın əlavə olunur və qəhvə həvəskarları darçınla qəhvə içməyi sevirlər.
Məlum olub ki, darçın orqanizmdə iltihabi prosesləri ləngitmək qabiliyyətinə malikdir. Bu,müxtəlif növ iltihablı proseslər ola bilər. Rusiyalı reabilitasiya həkimi Sergey Aqapkinin dediyinə görə, bu məşhur "alışmayan, lakin çox güclü olan" xroniki aşağı səviyyəli iltihabların belə ədviyyat öhdəsindən gəlməyə kömək edəcəkdir.
Nubar Süleymanova, “İki sahil”