18 aprel 2024 15:28
141

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

“İki sahil” xəbər verir ki, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayra və Milli Məclisin deputatları iştirak edirlər.

Qeyd edək ki, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.