18 aprel 2024 16:22
162

Fransa hökuməti kanak mədəniyyətini yer üzündən silib- Tarixçi

Fransa hökuməti kanak xalqının mədəniyyətinə hücum edib.

“İki sahil” xəbər verir ki, bunu Yeni Kaledoniya Senat Katibliyinin əməkdaşı, Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi Milli Məclisdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, kanak xalqının üç min ilə yaxın tarixi və mədəniyyəti var:

"Fransa buna müdaxilə etməməlidir. Ancaq Fransa bu mədəniyyəti yer üzündən silib, insanlarımızı Qərb mədəniyyətindən asılı vəziyyətə gətirməyə çalışır. Mədəniyyətə hücum etmək isə xalqın ruhuna hücum etməkdir. Bunun qarşısı alınmalıdır”.