18 aprel 2024 19:07
214

Yeni Kaledoniya müstəqillik uğrunda mübarizə aparır

Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib. Həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlamışıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Omayra Naiselin aprelin 18-də Milli Məclisdə keçirilən mətbuat konfransı zamanı deyib.

Xalqının müstəqillik uğrunda azadlıq hərəkatından danışan O.Naiselin müxtəlif istiqamətlərdə mübarizə apardıqlarını qeyd edərək bildirib: “Təşkilatlarımız var ki, səsimizi dünya miqyasında çatdırırlar. Bəziləri isə milli mənsubiyyətimizin qorunması, adət-ənənələrimizin itirilməməsi istiqamətində aktiv fəaliyyət göstərirlər”.