18 aprel 2024 23:47
186

Şimali Koreya lideri Putinin ona hədiyyə etdiyi “Aurus” avtomobilində - VİDEO

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” avtomobilindən istifadə edərkən görüntülənib.

“İki sahil” xəbər verir ki, müvafiq məlumatı “Yonhap” agentliyi KXDR Mərkəzi Televiziyasının kadrlarına istinadən yayıb.

Bildirilib ki, KXDR lideri Pxenyanın Xvason rayonunda mənzil tikintisinin başa çatma mərasiminə “Aurus” markalı avtomobillə gəlib. 

Qeyd edək ki, Putin fevralın 18-də siyasətçiyə rus avtomobilini hədiyyə edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreyanın rəhbərinin belə bir hədiyyə alan ilk dünya lideri olduğunu açıqlayıb.