19 aprel 2024 09:42
204

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - VİDEO

Stavropol diyarının Krasnoqvardeyski rayonunda Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Tu-22M3" təyyarəsi qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna gedərkən qəzaya uğrayıb.

Üç ekipaj üzvü təxliyə edilib, onlar artıq tapılıb və xəstəxanaya aparılır. Onların hansı vəziyyətdə olduğu açıqlanmayıb. Eyni zamanda xilasedicilər daha bir pilotun axtarışına başlayıb.