19 aprel 2024 12:32
146

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri təyin olunub.

“İki sahil”in xəbərinə görə, Alptekin Cihangir İşbilir Bakıya gələrək, səfir Cahit Bağçı ilə görüşüb.

Onun artıq vəzifəsinin icrasına başladığı bildirilib.

Qeyd edək ki, bundan öncə həmin vəzifəni tutan Hüseyin Altınalanın səlahiyyət müddəti ötən ilin sentyabrında bitib.