19 aprel 2024 18:04
213

ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib

ABŞ-nin fiqurlu konkisürmə üzrə komandası 2022-ci ildə keçirilmiş olimpiada üçün şokoladlı qızıl medal alıb.

“İki sahil” xəbər verir ki, bu barədə yığmanın üzvü Aleksa Knirim sosial şəbəkə hesabında bildirib.

O, həqiqi medalları gözləyərkən belə halla üzləşdiklərini yazıb.

Qeyd edək ki, yanvarın 29-da İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı Kamilə Vəliyevanı antidopinq qaydalarını pozduğu üçün 4 illik cəzalandırıb. Diskvalifikasiya müddəti 2021-ci il dekabrın 25-dən başlayır. Onun bu tarixdən sonrakı nəticələri ləğv edilib.

Həmçinin Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Vəliyevanın iştirakına görə Rusiya fiqurlu konkisürmə komandasını olimpiadadakı qızıl medaldan məhrum edib. Onun nəticələrinin ləğvindən sonra Rusiya millisi üçüncü yerə enib. Qızıl medal ABŞ yığmasına, gümüş mükafat isə Yaponiya kollektivinə qismət olub.