20 aprel 2024 02:15
324

16 yaşdan kiçik uşaqlara smartfon satışına qadağa qoyula bilər

İngiltərədə 16 yaşına çatmayan şəxslərə smartfonların satışını qadağan edə bilərlər. Məlumdur ki, mobil cihazların və sosial şəbəkələrin həddindən artıq istifadəsi beynin idrak funksiyalarının işini pisləşdirir və uşaqların psixi sağlamlığına zərər verir. Məhz bu səbəbdən ölkədə belə bir tədbirin görülməsi təklif edilib. Təşəbbüs ictimaiyyət tərəfindən güclü şəkildə dəstəklənib.

Xatırladaq ki, mart ayında “Parentkind” Xeyriyyə Təşkilatı, İngiltərənin 2496 valideyninin iştirak etdiyi bir sorğu keçirmişdi. Respondentlərin 58% -i 16 yaşına çatmayan şəxslərə smartfonun satışına qoyulan qadağanın lehinə danışmışdı. Bundan əlavə, qadağanı dəstəkləyən bir onlayn nümunə 19 mindən çox imza toplayıb. Lakin hökumətin bəzi üzvləri bu qərara birmənalı yanaşmırlar.

Nubar Süleymanova, “İki sahil”