Oynaq problemlərinin qarşısını almaq üçün pəhrizdə şirin və hisə verilmiş məhsulların miqdarını məhdudlaşdırmaq lazımdır. Bu fikir sağlam qidalanma mütəxəssisləri tərəfindən daim paylaşılır.
“Həqiqətən, şirin və hisə verilmiş məhsullar oynaq ağrılarının inkişafını tətikləyir”,-deyə “Rossiya1” telekanalında yayımlanan “Ən vacibi haqqında” proqramının aparıcısı Aleksandr Myasnikov bildirib.
“Ümumiyyətlə, məhsullar bədəndə olan iltihabı gücləndirən və onu yox etməyə kömək edən olaraq qruplaşdırılır. Meyvə, tərəvəz, dəniz balığı, süd məhsulları orqanizmdə olan iltihabı azaldır. Lakin şirniyyat, yağ, qızardılmış, hisə verilmiş kolbasalar, qırmızı ət isə əksinə iltihabı gücləndirir”,-deyə mütəxəssis fikrini tamamlayıb.
Nubar Süleymanova, “İki sahil”