20 aprel 2024 09:05
215

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Misli Premyer Liqasında 31-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

28-ci turda çempionluğunu rəmiləşdirən "Qarabağ" sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.

Günün digər matçı isə ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir. 47 xalla 3-cü pillədə qərarlaşan "Neftçi" öz meydanında 46 xalla 4-cü yerdə olan "Zirə" ilə qarşılaşacaq. İkinci pilləyə yüksəlmək üçün bu oyunda "Zirə"yə qələbə lazımdrısa, "Neftçi"yə heç-heçə də kifayət edir.

Misli Premyer Liqası,

31-ci tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu